Peşəkar uroloq qəbulu. Böyrək daşı, sidik yolları xəstəlikləri, ESWL müalicəsi — ilk addımı atın.
Dr. Əhməd Əhmədov Bakıda 15 ildən artıq fəaliyyət göstərən, böyrək daşı müalicəsi sahəsində ixtisaslaşmış uroloqdur. Avropa Uroloji Assosiasiyasının (EAU) klinik protokollarına uyğun müalicə aparan mütəxəssis ESWL litotripsi texnologiyasını Azərbaycanda geniş şəkildə tətbiq etmişdir.
1. Şikayətlərin dinlənilməsi: Dr. Əhməd Əhmədov simptomlarınızı, tibbi tarixinizi dinləyir.
2. Fiziki müayinə: Böyrək nahiyəsinin palpasiyas,i ağrı nöqtələrinin yoxlanılması.
3. Müayinə nəticələrinin qiymətləndirilməsi: Mövcud USM, KT, analiz nəticələri nəzərdən keçirilir.
4. Diaqnoz: Dəqiq diaqnoz qoyulur, izahlar verilir.
5. Müalicə planı: Fərdi müalicə protokolu, tövsiyələr, növbəti addımlar müəyyənləşdirilir.
Bu simptomlardan biri varsa uroloqa müraciət edin:
Bel ağrısı, sidikdə qan, tez-tez sidiyə getmə, sidik zamanı yanma, böyrəyin USM-ində tapıntı, kişilik problemi — bu əlamətlərdən biri varsa uroloq konsultasiyası tövsiyə edilir. Profilaktik yoxlama da vacibdir.
Dr. Əhməd Əhmədov şikayətlərinizi dinləyir, tibbi tarixinizi nəzərdən keçirir, fiziki müayinə aparır. Lazım gəlsə USM müayinəsi eyni gündə aparıla bilər. Konsultasiya 20–30 dəqiqə davam edir.
Əvvəlki müayinə nəticələrini (USM, KT, analizlər) özünüzlə gətirin. Qəbul etdiyiniz dərmanların siyahısını hazırlayın. Simptomların nə vaxt başladığını, necə dəyişdiyini qeyd edin.
Bəli. Dr. Əhməd Əhmədov WhatsApp vasitəsilə ilkin məsləhət verir. Müayinə nəticələrini göndərərək qiymətləndirmə alına bilər. Lakin tam diaqnoz üçün şəxsi müayinə tövsiyə edilir.
İlk müraciətdə diaqnoz qoyulur, müalicə planı hazırlanır. Müalicə dövründə 2–3 izləmə viziti lazım ola bilər. Müalicə bitdikdən sonra ildə bir dəfə profilaktik yoxlama tövsiyə edilir.
Dr. Əhməd Əhmədov böyrək daşları, böyrək infeksiyası, sidik yolları xəstəlikləri, prostat xəstəlikləri, uretriti, sistiti, böyrək kistalarını, kişilik sağlamlığı problemlərini idarə edir.